COP29 tədbirinin vaxtı uzadıldıbackend

COP29 tədbirinin vaxtı uzadıldı

Bakıda keçirilən COP-29 tədbirinin müddəti uzadılıb.

Hokm.az xəbər verir ki, ilkin plana əsasən noyabrın 22-də yekunlaşmalı olan konfrans ayın 23-də də davam edəcək.

Bu qərar tədbirin gündəliyindəki mühüm məsələlərin tam həll olunması və iştirakçı dövlətlərin fikir mübadiləsinin effektiv şəkildə davam etməsi üçün qəbul edilib.

Xatırladaq ki, COP-29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin müzakirə edildiyi mühüm beynəlxalq platformadır və tədbirdə dünya ölkələrinin nümayəndələri iştirak edir.

  •  (0)
  •  (0)