COP29 Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu siyasətin nəticəsi idi – Arzu Nağıyevbackend

COP29 Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu siyasətin nəticəsi idi – Arzu Nağıyev

Azərbaycan COP29 kimi  beynəlxalq səviyyəli daha bir möhtəşəm tədbirə  ev şahidliyi etdi. Cop29-un işində  72 min nəfərdən artıq şəxsin qeydiyyatdan keçməsi, 80-dən çox ölkənin rəhbərlik səviyyəsində təmsil olunması bir daha göstərdi ki, tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi. Belə bir böyük tədbirə ev sahibliyi etmək Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsi idi.

Hokm.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Arzu Nağıyev deyib.
Komitə sədri vurğulayıb ki,  belə tədbirlərdə təhlükəsizlik məsələsi də çox böyük əhəmiyyət kəsb edir və bir neçə aspekti əhatə edirdi:

“Burada fiziki təhlükəsizlik, kibertəhlükəsizlik, sağlamlığın qorunması, keçirilə biləcək dinc aksiyalarda təhlükəsizlik tədbirləri, logistika və nəqliyyat məsələləri əhəmiyyət daşıyırdı.
Tədbir vaxtı  yüksək profilli şəxslər, o cümlədən dövlət və hökumət başçılarının qorunması  ,o cümlədən bütün iştirakçıların yoxlanılmasını, yerlərin təhlükəsizliyini, əsas obyektlərə və tədbirlərə girişi əhatə etdiyinə görə ən yüksək səviyyədə təşkil edildi..Burada PTX, DTX, DİN, DSX , FHN ,Kömrük  bir sözlə aidiyyatı olan bütün qurumlar  öz işini yüksək səviyyədə qurdu. COP29 ərəfəsində və keçirilən vaxt tədbirlər və çıxışlar hakerlərin və kibercinayətkarların da diqqətini cəlb edirdi. Kiberhücumlardan qorunmaq üçün rabitələri və sistemləri qorumaq üçün xüsusi təhlükəsizlik protokolları yaradıldı və həyata keçirildi. COP29-un əsas və ehtiyat data mərkəzləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Məlumat Mərkəzində yerləşdirildi. Tədbirlər keçirilən Olimpiya Stadionu ərazisində olan internet təminatı da XRİTDX-nin nəzarətində olan “AzStateNet” dövlət provayderinin kiberhücumlardan qorunan şəbəkəsi vasitəsilə reallaşdı.. COP29 İT komandası qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirdi..
Məlumdur ki, Pandemiya və ya epidemiyalar zamanı iştirakçıların sağlamlığı prioritet məsələyə çevrilir. Xəstəlik testi, sağlamlıq qaydaları və səhiyyə xidmətlərinin əlçatanlığı daxil olmaqla sağlamlıq tədbirləri COP29-da öz həllini tapdı..
İqlim dəyişikliyi ilə əlaqədar keçirilə biləcək dinc aksiyalara qarşı tədbirlər  də əvvəlcədən ehtimal olunduğundan təhlükəsizlik xidməti,həmçinin digər hüquq mühafizə orqanlarının iştirakı da yüksək səviyyədə təmin olundu”.
COP29-da təhlükəsizlik həm də təhlükəsiz nəqliyyat infrastrukturundan, iştirakçıların və işçilərin hərəkəti düzgün təşkilindən, habelə yaşayış yerlərində təhlükəsizlikdən asılıdır.Buna cavabdeh nəqliyyat strukturları da Metropolitendə daxil olmaqla öz işlərini yüksək səviyyədə qura bildi.
Bir sözlə COP29-un təhlükəsizlik  tədbirlərində  Azərbaycan dövləti ev sahibi kimi bütün beynəlxalq standartlara uyğun olaraq təşkilatşılaıq məsələsinin ən vacib elementindən olan olan təhlükəsizlik təddbirlərini yüksək səviyyədə həyata keçirdi.. Bütün dünya etiraf etdi ki, biz COP29-u ən yüksək səviyyədə təşkil etdik və təbii ki, onu da göstərdik ki, cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə birlikdə həyata keçirdiyi daxili və xarici siyasət müstəqil və davamlıdır..”

  •  (1)
  •  (0)