COP29 qlobal iqlim konfransının keçirilməsi ilə əlaqədar iki qatarın ehtiyatda saxlanması məqsədilə 11-23 noyabr tarixlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edilir.
Hokm.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-ə istinadən xəbər verir ki, qeyd edilmiş müddət boyunca həftənin iş günlərində (iş günü elan edilmiş 16 və 23 noyabr tarixləri daxil olmaqla):
– Bakıdan saat 08:10, 17:50 və 19:05,
– Sumqayıtdan saat 07:20,
– Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilir.
Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır.