Cocuq Mərcanlı qayıdış rəmzimizdir – Hikmət Hacıyevbackend

Cocuq Mərcanlı qayıdış rəmzimizdir – Hikmət Hacıyev

Fevralın 6-sı diplomatik korpusun ölkəmizə akreditə olunmuş nümayəndələrinin və hərbi attaşelərin Cəbrayıl və Zəngilan rayonlarına səfərinin ilk dayanacağı Cocuq Mərcanlı qəsəbəsi olub.

Hokm.az xəbər verir ki, diplomatik nümayəndə heyətini Azərbaycan Respublikası prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qarşılayıb.

Prezidentin köməkçisi qonaqlara Çocuq Mərcanlı qəsəbəsinin Azərbaycan üçün qayıdış rəmzi oldugunu bildirib: “Çocuq Mərcanlı 2016-cı ilin Aprel döyüşləri zamanı azad edilib. Burada böyük tikinti və bərpa işləri gedir. Qəsəbəyə İkinci Qarabağ savaşı zamanı xeyli ziyan dəyib”, – H.Hacıyev əlavə edib.

Hikmət Hacıyev səfərin məqsədini və gediləcək yerləri qonaqların diqqətinə çatdıraraq qeyd edib ki, Cəbrayıldakı vəziyətlə tanış olduqdan sonra Xudafərin körpüsünü ziyarət ediləcək: “Möhtərəm Prezident İlham Əliyev Araz çayı boyu sərhədlə bu ərazilərə səfər edərkən Xudafərini dostluq körpüsü adlandırdı. Bu körpü Azərbaycanla İran arasında dostluq sərhəddidir” – H.Hacıyev vurğulayıb. Sonra isə qonaqlar Cocuq Mərcanlı məscidi ilə tanış olublar.

  •  (0)
  •  (0)