Çində bilinməyən bir mədəniyyətin izləri tapılıb – FOTObackend

Çində bilinməyən bir mədəniyyətin izləri tapılıb – FOTO

Çində təxminən üç min il əvvəl ölkənin cənub-qərb bölgələrində məskunlaşdıqları düşünülən bilinməyən bir mədəniyyətin izləri tapılıb.

Hokm.az Qazet.az-a istinadla xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Siçuan əyalətinin Quanquan mahalında aparılan qazıntılar zamanı tarix elminə məlum olmayan bir mədəniyyətin mövcudluğunu göstərən əsərlər tapılıb. 2019-cu ildə başlayan qazıntı işləri nəticəsində ərazidə qızıl, bürünc, yəşim (qiymətli mineral daş – red.) və fil sümüyündən hazırlanmış 500-dən çox əşya aşkarlanıb. Tapıntıların təxminən üç min il yaşı olduğu düşünülsə də, onları Çin mədəniyyəti ilə əlaqələndirəcək bir şeyə rast gəlinməyib.

Xüsusilə, mütəxəssislər bəzi əşyalar üzərində əks olunan simvolların mənasını anlamaqda çətinlik çəkiblər.

Qızıl maska – Ərazidə tapılan 500-ə yaxın qədim əşyadan biri

Tarixçilər bu “sirli” insanların yaşadığı bölgənin qədim zamanlarda “Çjun Yuan” və ya “Mərkəzi Torpaq” adlandırıldığını bildiriblər. Ekspertlər ən inkişaf etmiş sivilizasiyaların burada yarandığını və “Çjun Yuan” xaricində yaşayan insanların barbar sayıldığını düşünürlər.

Yenicə tapılan mədəniyyət min illərdir mövcud ola bilər, lakin məlum tarixi mənbələrdə bu barədə heç bir məlumat yoxdur. Bu baxımdan, demək olar ki, Çin tarixi əvvəllər düşünüləndən də daha mürəkkəbdir.

  •  (0)
  •  (0)