Cənubi Koreyanın korrupsiya araşdırması agentliyi ölkə prezidenti Yoon Seok-yeola səyahət qadağası barədə göstəriş verib.
Hokm.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib. Eyni zamanda jurnalistlər dövlət başçısının hərəkətlərini onun siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.