UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınıb.
Hokm.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Oyun mayın 28-də Rusiyanın energetika nəhəngi, UEFA-nın iri sponsoru “Qazprom”un vəsaiti hesabına tikilmiş eyniadlı arenada deyil, “Stad de Frans”da təşkil olunacaq.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbilə qurumunun İcraiyyə Komitəsi bu qərarı qəbul edib.
Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.Qaynarinfo