Cəmil Quliyev koronavirusa yoluxdu – Vəziyyəti ağırdırbackend

Cəmil Quliyev koronavirusa yoluxdu – Vəziyyəti ağırdır

İctimai Televiziyanın sabiq rəhbəri Cəmil Quliyev koronavirusa yoluxub.

Hokm.az bildirir ki, yaxınlarının “unikal.org”a verdiyi məlumata görə, hazırda tanınmış rejissorun səhhəti pisdir. O, ürəyindən və şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün həyati təhlükə ilə üzləşib.

Bir neçə gündür temperaturunun düşmədiyi bildirilir. Xəstəxanada yer tapa bilməyən C.Quliyev hazırda ev şəraitində müalicəsini davam etdirir.

  •  (0)
  •  (0)