Cəlilabadda taxıl sahəsi yandıbackend

Cəlilabadda taxıl sahəsi yandı

Cəlilabad rayonunun Günəşli kəndində 10 hektar taxıl sahəsi yanıb. 

Hadisə kənd sakinləri – Elman Dadaşov və Sabir Qasımova məxsus taxıl sahələrində baş verib.

Yanğın 3 hektar biçilməmiş və 7 hektar biçilmiş ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvələri cəlb edilməklə alovun qarşısı alınıb.

İlkin məlumata görə, yanğına səbəb ərazidən keçən elektrik naqillərindəki qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır. (report)

Hokm.az

  •  (0)
  •  (0)