Çavuşoğlu: “Nə Rusiyanı, nə də Ukraynanı razı salmaq üçün hərəkət etmirik”backend

Çavuşoğlu: “Nə Rusiyanı, nə də Ukraynanı razı salmaq üçün hərəkət etmirik”

“Biz nə Rusiyanı, nə də Ukraynanı razı salmaq üçün hərəkət etmirik”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Ankarada təşkil edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyənin sanksiyalarda iştirak etməməsi Ukraynanı sevindirməyə bilər, ancaq Ankara balanslaşdırılmış siyasət yürüdür.

“Müharibə ilə bağlı Rusiyanı tənqid edən bəyanatlarımız da göz qabağındadır. Biz emosional reaksiyalardan çox diplomatiyaya müraciət etməyi daha məqsədəuyğun hesab edirik”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.oxu.az

 

  •  (0)
  •  (0)