“Bunu ancaq yaşayan bilər” – Zümrüd Qasımovabackend

“Bunu ancaq yaşayan bilər” – Zümrüd Qasımova

3 mart 2010-cu il – ikinci dəfə dünyaya gəldiyim gündür. Həyatımın dönüş nöqtəsidir. Hisslərimi ifadə etmək üçün kəlimələr acizdir, bunu ancaq yaşayan bilər.

Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Zümrüd Qasımova İnstaqram hesabında yazıb. O, 10 il əvvəl xərçənglə mübarizə aparmasından bəhs edib:

“Zaman sənə hər şeyi olduğu kimi qəbul edib, yaşamağı öyrədir. 10 il bundan əvvəl mənə desəydilər ki, hələ 10 ildə yaşayacaqsan, inanmazdım…

Allah yaşadanda yaşadır. Hər zaman ürəyimdə Allaha, insanlara, bütün canlılara qarşı sevgi ilə yaşadım. Yaşayıram da. Şükr edərək, gülərək, sevərək. Həyat bütün çətinlikləri ilə gözəldir”.

  •  (0)
  •  (0)