“Mikrofona gücüm çatıb əlimdə saxlayacağıma ümidim yox idi. Kədər, qəhər boğan səsimin yenidən açılacağına inanmırdım. Sevənlərim sizin sevginiz mənə güc, qüvvət verdi. Yenidən sənətə, səhnəyə qaytardı”.
Hokm.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva bildirib. Müğənni uzun fasilədən sonra solo konsert verəcəyini vurğulayıb. O əlavə edib ki, konsert Moskvada keçiriləcək:
“26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günündə “Московский Молодежный Центр” konsert salonunda aylar sonra izləyicilərimlə görüşəcəm”.
Qeyd edək ki, N.Dostəliyeva ötən il oğlu Əlini itirib. Sənətçi ondan sonra uzun müddət sənətinə fasilə verib.Axşam.az