Builki nikah və boşanmalar, doğulan və ölənlər… – STATİSTİKAbackend

Builki nikah və boşanmalar, doğulan və ölənlər… – STATİSTİKA

İlin әvvәlindәn ölkә әhalisinin sayı 40971 nәfәr vә ya 0,4 faiz artaraq 2020-ci il sentyabr ayının 1-i vәziyyәtinә 10108079 nәfәrә çatıb.

Hokm.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin sayının 52,8 faizini şәhәr, 47,2 faizini kәnd sakinlәri, 49,9 faizini kişilәr, 50,1 faizini isә qadınlar tәşkil edir. Әhalinin bir kvadrat kilometrә düşәn sayı 117 nәfәr olub.

Cari ilin yanvar-avqust ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qeydiyyat şöbәlәri tәrәfindәn 82783 doğulan körpә qeydә alınıb vә әhalinin hәr 1000 nәfәrinә bu göstәrici 12,4 tәşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isә qız uşaqlarıdır. Körpәlәrdәn 2252-si әkiz, 75-i üçәm, 4-ü isә dördәm doğulanlardır.

Ölkәdә bu ilin ilk 8 ayında 42475 ölüm halı qeydә alınıb vә әhalinin hәr 1000 nәfәrinә ölüm sәviyyәsi 6,4 tәşkil edib.

2020-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbәlәri tәrәfindәn 23415 nikah vә 9644 boşanma halları qeydә alınıb vә әhalinin hәr 1000 nәfәrinә nikahların sayı 3,5, boşanmaların sayı isә 1,4 olub.

Cari ilin yanvar-avqust ayları әrzindә Daxili İşlәr Nazirliyi vә Dövlәt Miqrasiya Xidmәtinin müvafiq qurumları tәrәfindәn daimi yaşamaq üçün Azәrbaycana 1086 nәfәr gәlәn, Azәrbaycandan isә 423 nәfәr gedәn qeydә alınaraq, miqrasiya saldosu müsbәt 663 nәfәr tәşkil edib.

  •  (0)
  •  (0)