Bu ölkənin prezidenti də Bakıya GƏLİRbackend

Bu ölkənin prezidenti də Bakıya GƏLİR

Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi Bakıya gələcək.

 

Hokm.az-ın məlumatına görə, o, Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək.

 

Məlumatı Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbi verib.

 

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir Konqo Demokratik Respublikasının Prezidentinin bu tədbirdə iştirak edəcəyini vurğulayıb.

 

Prezident İlham Əliyev Konqo Prezidentinin COP29 tədbirində iştirak edəcəyindən məmnunluğunu bildirib.

  •  (0)
  •  (0)