Bu ölkədən Rusiyaya dəstək – “Biz Rusiyanı dəstəkləyirik” – FOTObackend

Bu ölkədən Rusiyaya dəstək – “Biz Rusiyanı dəstəkləyirik” – FOTO

İraqın paytaxtı Bağdadın mərkəzində Rusiya prezidenti Vladimir Putinin təsviri olan nəhəng reklam lövhəsinin ucaldılıb, bu barədə  “RİA Novosti”məlumat yayıb.  
Reklam lövhəsində mavi fonda böyük şriftlə “Biz Rusiyanı dəstəkləyirik” cümləsi yazılıb. Cümlədəki hər sözdə Rusiya bayrağının üç rəngindən biri var idi.

“Prezidentin dostlarının” imzası ilə əlavə olunan nəhəng Billboard Bağdad Universitetinə gedən yolda, Əl-Cədiriyyə bölgəsində Əsaib Əhli-Həq hərəkatının qərargahının yaxınlığında quraşdırılıb.

Rusiya prezidenti Vladimir Putin 24 fevralda televiziya ilə çıxışında müharibə elan etdikdən sonra Ukraynanın paytaxtında və ölkənin başqa yerlərində partlayış və atışma səsləri eşidilib. Həmin tarixdən davam edən müharibədə bir çox dövlət, təşkilatlar Ukrayanaya dəstəyini nümayiş etdirib. Lakin həmin dövlətlər ilə yanaşı müharibəyə bitərəf qalan, eləcə də Rusiyanı dəstəkləyənlər də var
  •  (0)
  •  (0)