Bu məktəbdə 18 nəfər koronavirusa yoluxub – Valideynlərdən həyəcan təbilibackend

Bu məktəbdə 18 nəfər koronavirusa yoluxub – Valideynlərdən həyəcan təbili

Paytaxtın Xətai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbdə 18 nəfər koronavirusa yoluxub.

Hokm.az  xəbər verir ki, bir qrup valideynin “milli.az”a verdiyi məlumata görə, yoluxmalarla bağlı 3 sinif karantinə alınıb.

Bu səbəbdən övladlarının sağlamlığını düşünən valideynlər məktəbin fəaliyyətinin distant təhsil formasında davam etdirməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyini gözləyirlər.

Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə üzrə hazırda 542 sinif distant təhsildədir. Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir.

Respublikanın ümumtəhsil məktəbləri üzrə bu vaxta qədər 5042 şagird və 3388 müəllim koronavirusa yoluxub.

Ölkədə mövcud 4432 ümumtəhsil məktəbindən 31-i distant təhsilə keçib.

  •  (0)
  •  (0)