2020-2021-ci tədris ili üzrə məzun olan şagirdlərin sayı məlum olub.
Hokm.az xəbər verir ki, modern.az-a bu barədə Təhsil Nazirliyindən rəsmi cavab verilib.
Nazirliyin məlumatına görə, bu il respublika üzrə XI sinifləri 84076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.
Təhsil Nazirliyindən onu da əlavə ediblər ki, bu il “Son zəng” tədbirlərinin keçirilib-keçirilməməsi ilə bağlı hələ qərar verilməyib.