Təhsil naziri Emin Əmrullayev məktəblərdə “Son zəng”in keçirilməsinə münasibət bildirib.
Hokm.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu, ilk növbədə Operativ Qərargahın qərarı ilə olmalıdır:
“Çünki Azərbaycanda COVID-lə bağlı məsələ Operativ Qərargahla məsləhətləşmə əsasında həyata keçirilir. Hazırki pandemiya şəraiti davam edərsə, yəqin ki, ənənəvi qaydada “Son zəng”in keçirilməsi mümkün olacaq”, – nazir qeyd edib.