Prezident İlham Əliyev bu ilin aprelində “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bəyan etdi ki, xüsusi nümayəndəlik yeni idarəçilik modelidir və yaxın gələcəkdə bütün regionlarda tətbiq olunacaq: “Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər də hərtərəfli düşünülməyib. Buna görə də çoxlu suallar var. Çox güman ki, bilirsiniz, çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub”.
Dövlət başçısı əlavə edib ki, hazırda Qarabağda tətbiq edilən xüsusi nümayəndəlik insitutu müsbət tərəfləri ilə diqqətçəkəndir: “Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür”.
Hokm.az-a daxil olan məlumata görə, ilin sonuna qədər bütün regionlarda nümayəndəlik insitutu təsis olunacaq. Ona qədər isə onlarla icra başçısı yola salınacaq. Buna səbəb isə gənc kadrların rayon rəhbərliyinə gətirilməsini təmin etmək və gələcəkdə onların arasından xüsusi nümayəndələr seçməkdir. Qeyd edək ki, son dövrlər icra başçısı təyinatları istisnasız olaraq gənc kadrlar arasından edilir və bu proses yayın sonuna qədər sürətləndiriləcək.
İcra başçısı vəzifəsindən azad ediləcək şəxslərin siyahısına gəldikdə isə, mənbəmiz ilkin olaraq aşağıda qeyd olunan rayon rəhbərlərinin yola salınacağını iddia edir.
Siyahını təqdim edirik:
Rafil Hüseynov – Ağcəbədi
Şahin Məmmədov – Masallı
Sevindik Hətəmov – Salyan
Qəzənfər Ağayev – Astara
Taleh Qaraşov – Lənkəran
Mənsur Məmmədov – Ucar
Əhəd Abıyev – Daşkəsən
Ziyəddin Əliyev – Quba
Elxan Usubov – Şəki
Musa Şəkiliyev – Qax
Adil Vəliyev – Sabunçu
Asif Əsgərov- Nəsimi
Süleyman Mikayılov – Qaradağ
Mirhəsən Seyidov – Neftçala
Mikayıl Mirzəzadə
Hokm.az