“Bu gün atamın qəbri üstünə gedib, yüksək səslə qışqırdım ki…” – Məhəbbət Kazımovun oğlubackend

“Bu gün atamın qəbri üstünə gedib, yüksək səslə qışqırdım ki…” – Məhəbbət Kazımovun oğlu

Laçın adı gələndə ilk o yada düşür. Laçınım deyərək bu dünyadan əbədi köçən, yurd həsrətli sənətkar Məhəbbət Kazımov, ruhun şad olsun, Laçın indi azaddır.

Kaş atam bu günləri görərdi, yeganə arzusu Laçını azad görmək idi.

Hokm.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamsında sənətkarın oğlu Rəşid Kazımov deyib:

“Hər kəs kimi mən də ümid edirdim ki, tez bir zamanda torpaqlarımız azad olunacaq. Mən indiyə qədər Laçını görməsəm də atam o torpağı mənə sözlərlə təsvir edib. Həmişə həvəsində olmuşam ki, Laçını görüm. Qiyabi də olsa Laçınavideomateriallarla, şəkillərlə səyahət etmişəm. Ancaq şükürlər olsun ki, artıq kiminsə çəkdiyi şəkillərdən yox, öz gözlərimizlə görüb, əllərimizlə o torpağına toxuna biləciyik”.

Rəşid Kazımovun yeganə təsəllisi atasının qəbri üstünə gedərək, yüksək səslə “Laçının azaddır, ata!” deməsi olub:

“Tək bizim ailə yox, bütün Azərbaycan təssüf hissi keçirdi ki, Məhəbbət Kazımov bu günləri görmədi. Atam son nəfəsində də Laçın dedi. İlk təssəlim atamın qəbrinin üstünə gedib “Laçın azaddır” demək oldu. Adi günlərdə də gedirdim, ancaq bu gün atamın ziyarətinə o şad xəbərlə getmək çox qürurlu idi. Şükürlər olsun ki, atama nəsib olmasa da, işğaldan azad olunmuş Laçında yaşamaq mənim qismətimdə var imiş. Odur ki, köçürülmə prosesini çox böyük səbirsizliklə gözləyirəm”.

  •  (1)
  •  (0)