Böyük Britaniyanın baş naziri Key Starmer Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.
Hokm.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Starmer ABŞ-a son səfərindən və Avropanın təhlükəsizliyini qorumaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığın vacibliyindən danışıb.
Ukraynadakı müharibəni müzakirə edən baş nazir Britaniyanın Rusiya təcavüzünün qarşısını almaq üçün lazım olan müddət ərzində Kiyevi dəstəkləmək öhdəliyini təsdiqləyib.
Baş nazir daha sonra bazar günü Londonda keçirməyə çağırdığı liderlər zirvəsi ilə bağlı məqsədlərini açıqlayıb və Türkiyənin xarici işlər nazirinin bu danışıqlarda iştirakını səbirsizliklə gözlədiyini söyləyib.
“Liderlər əlaqə saxlamağa razılaşıblar”, – deyə məlumatda bildirlib.