Britaniyada VİRUS HƏYƏCANI: Yeni ştamm da mutasiyaya uğradıbackend

Britaniyada VİRUS HƏYƏCANI: Yeni ştamm da mutasiyaya uğradı

Böyük Britaniyada koronavirusun “Britaniya ştammı” da mutasiyaya uğrayıb.

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, E484K mutasiyası əvvəllər koronavirusun “Cənubi Afrika” və “Braziliya” variantlarında təsbit olunub.

Laboratoriya tədqiqatlarına görə, yeni mutasiya koronavirusun immunitet reaksiyasına qarşı daha davamlıdır və COVİD-19 vaksininin təsir gücünü azaldır.

Bununla əlaqədar olaraq artıq koronavirusa yoluxmuş insanların “Britaniya ştammı”nın mutasiyasına yoluxma riski də artır.

  •  (0)
  •  (0)