Ötən ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2,55 faiz və ya 60 nəfər artaraq 2413 nəfər olub.
Hokm.az bp-nin 2024-cü ilin yekun hesabatına istinadən xəbər verir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.