BMU-da distant təhsillə bağlı təlim – FOTOLARbackend

BMU-da distant təhsillə bağlı təlim – FOTOLAR

Bakı Mühəndislik Universitetində (BMU) müəllimlər üçün “Google Meet tətbiqinin istifadə qaydaları” mövzusunda təlim təşkil olunub.

 

Hokm.az xəbər verir ki, təlimdə Strategiya və keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova Azərbaycanın evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə bütün orta və ali təhsil sisteminin 14-22 noyabr tarixləri arasında distant (məsafədən) təhsilə keçəcəyini xatırladaraq, təlimin müəllimlərin onlayn təhsil bacarıqlarını artırmaq, prosesə tam hazırlıq məqsədi daşıdığını bildirib.

 

Sonra şöbənin baş mütəxəssisi Fuad Qəhrəmanov Google Meet təhsil platformasının məzmunu, burada dərslərin təşkili qaydaları haqqında geniş məlumat verib.

 

Təlimdə dərslər üçün yaradılmış linklərin, həmçinin tələbə e-maillərinin elektron təhsil platformasına yerləşdirilməsi kimi zəruri məqamlar iştirakçılara əyani izah olunub. Həmçinin BMU-nun distant təhsil təcrübəsinə malik olması, üstəlik, Google Classroom ilə bağlı keçirilmiş təlimlərdə müəllimlərin artıq müəyyən təcrübə qazanması vurğulanaraq, gələn həftədən etibarən onlayn tədrisin uğurlu təşkil ediləcəyinə inam ifadə olunub.

 

Təlim sual-cavab sessiyası ilə davam edib.

  •  (0)
  •  (0)