Blinken: “Ukrayna ətrafındakı vəziyyət bütün dünyaya problem yaradır”backend

Blinken: “Ukrayna ətrafındakı vəziyyət bütün dünyaya problem yaradır”

“Ukrayna ətrafında vəziyyət ərzaq və enerjidaşıyıcıları baxımından problemlər yaradır”.

Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Bu, bütün dünyaya problem yaradır”, – deyə o bildirib.

E.Blinkenin sözlərinə görə, Ukrayna ətrafında baş verənlər əsasən buğda ilə bağlı vəziyyətə təsir edir, enerjidaşıyıcıları isə diqqət yönəldilməli digər bir problem olaraq qalır.

Dövlət katibi həmçinin Avropa üçün enerji mənbələrini şaxələndirməyin gərəkli olduğunu, Rusiyanın enerjidaşıyıcılarından siyasət alət kimi istifadə etdiyini bildirib.RİA Novosti

  •  (0)
  •  (0)