Nazilə Səfərli mədəniyyət nazirinə müraciət etdi: Bizi niyə Qarabağa aparmrsınız?
Hokm.az xəbər verir ki. şairə Nazilə Səfərli “Insagram” səhifəsi vasitəsilə mədəniyyət naziri Anar Kərimova müraciət edib, giley-güzarını dilə gətirib.
Şairə qeyd edib ki, bu günə qədər Qarabağa təşkil edilmiş səfərlərin heç birində adının çəkilməməsi, dəvət almaması onu incidir:
“Hörmətli nazirimiz, Anar Kərimov bir başa sizə müraciət edirəm. Siz bir başa mədəniyyətimizin keşiyində duran insansınız. Dövlətimizi sevən insan kimi mənim də haqqımdır, sizə bu sualı verim. Tez-tez işğaldan azad olunmuş torpaqlarımızda mədəni tədbirlər keçirilir. Bir insanı iki dəfə çağırıb aparırsınız, heç olmasa başqalarını da layiq görün. Mən də bu xalqın nümayəndəsiyəm. Bütün səfərlərə, qastrollara ancaq seçilmiş adamları göndərirsiniz, mən və mənim kimi yüzlərlə insan kənarda qalır. Qarabağa getmək özəl bir qabiliyyət tələb edir? Biz pisiksə, niyə əksəriyyətinizin balalarının toylarına dəvət edirsiniz, yaxşıyıqsa nə üçün o tədbirlərdən kənarda qalırıq”,- deyə o bildirib.
Şairə vurğulayıb ki, xarici qastrollar xüsusi şəxslərə aiddir, əlavə adamlar buraxılmır.
“Mən sizdən öncəki nazirə müraciət etmişdim. Özümü-sözümü tanıyandan mədəniyyətimizə xələl gətirəcək hərəkət etməmişəm. Mədəniyyət Nazirliyinin öhdəsində deyilmi, kimsəsiz, amma çox istedadlı insanları üzə çıxarmaq? Azərbaycanda o qədər istedadlı insanlar var, onları saya salan yoxdur. Efirlərə ilk gələn insanların hamısı ödənişlə gəlir. Dağlarda elə çobanlar var, konservatoriya bitirmiş xanəndələrdən təmiz oxuyur, amma yiyəsi yoxdur deyə üzə çıxa bilmir. Bəs bu işə məsul insanlar bunu niyə düşünmür? Sizdən xahiş edirəm, arada fikirləşin, bir xalq artisti neçənci dəfə eyni yolu gedir, səfər edir, bizim onlardan başqa mədəniyyət xadimimiz yoxdurmu?”.
Nazilə Səfərli naziri tanımaq istəyini də dilə gətirib:
“Sözümü sadəcə, ərk olaraq qəbul edin. Siz insan haqları sahəsində işləmisiniz. Mən də insan olaraq haqqımı tələb edirəm. Biz sizinlə tanış olmalı deyilikmi, sizi tanımaq, sizinlə görüşmək hüququmuz yoxdurmu? Siz bizi axtarmalısınız, qəbul etməlisiniz. Bu məncə mümkündür”.sfera