“Rusiya Prezidenti Vladimir Putinlə danışığımız olacaq. Rusiya-Ukrayna müharibəsi üçün vacib addımlar ata bilərik”.
“Hokm.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Danışacağıq və düşünürəm ki, bəlkə də vacib bir iş görəcəyik. Biz bu müharibəni bitirmək istəyirik. Mən o zaman prezident olsaydım, bu müharibə başlamayacaqdı”, – deyə o bildirib.