Beynəlxalq İnsan Hüquqları Günündə diplomatlar Azərbaycandakı vəziyyəti dəhşətli adlandırıbbackend

Beynəlxalq İnsan Hüquqları Günündə diplomatlar Azərbaycandakı vəziyyəti dəhşətli adlandırıb

Dekabrın 4-də Avropa İttifaqı, Böyük Britaniya və İsveçrənin səfirlikləri Azərbaycanın hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri, hüquqşünaslar və ictimai fəalların iştirakı ilə qəbul təşkil ediblər.

Tədbirdə çıxış edən Aİ, Böyük Britaniya, İsveçrə və ABŞ səfirləri insan hüquqlarının təmin edilməsinin böyük əhəmiyyətini və hüquq müdafiəçilərinin rolunu qeyd ediblər. Diplomatlar Azərbaycanda insan haqları ilə bağlı “dəhşətli” vəziyyətdən təəssüfləndilər. COP29 iqlim konfransı ilə bağlı gözləntilərə baxmayaraq, vəziyyət pisləşməkdə davam edir.

“Jurnalistləri və ictimai fəalları azad etmək üçün bütün səylərə və beynəlxalq kampaniyaya baxmayaraq, onlar hələ də həbsdədirlər. Biz bir daha hakimiyyəti öz fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edılənlərin hamısını azad etməyə çağırırıq”, – Aİ-nin Azərbaycandakı səfiri Peter Mihalko çıxışında deyib.

Hakimiyyət orqanlarının görünməmiş tədbirləri nəticəsində bugünkü tədbirdə iştirak edə bilməyənlərin sayı artıb, deyən Mixalko onlaeın adlarını çəkib: Anar Məmmədli, İmran Əliyev, Bəhruz Səmədov, Abzas Media jurnalistləri – Nərgiz Absalamova, Elnarə Qasımova, fəal İlhamiz Quliyev, Kanal 13-ün rəhbəri Əziz Orucov və Şamo Eminov, Müşfiq Cabar Toplum TV-dən.

Məşhur hüquq müdafiəçisi Rüfət Səfərovun İnsan Hüquqları Günündə həbs edilməsi xüsusi narahatlıq dogurur, Mihalko vurğulayıb.
O, sonda bildirib ki, Aİ bu halları izləməyə davam edəcək və Azərbaycan hakimiyyəti ilə dialoqda bu məsələləri qaldıracaq.

İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştelin də çıxışında Azərbaycanda insan haqlarının çətin vəziyyətinə toxunub. “Təəssüf ki, son görüşümüzdən sonra söz və mətbuat azadlığı ilə bağlı vəziyyət daha da pisləşib” deyən o həbsə düşən Abzas Media əməkdaşlarının adlarını çəkdi: Ülvi Həsənli, Sevinc Vaqif qızı, Məhəmməd Kəkalov, Ələsgər Məmmədli və Anar Məmmədli.

Böyük Britaniya səfiri Ferqus Old fundamental insan hüquqları və fərdi məsələlərlə bağlı Azərbaycan hakimiyyəti ilə daimi təmaslardan danışıb.

“Təəssüf ki, son bir ildə vəziyyət yaxşılaşmayıb, bəzi sahələrdə daha da pisləşib. Bir il əvvəl eyni tədbirdə bizimlə olan partnyorlarımız indi həbsdədirlər: Ələsgər Məmmədli, Rüfət Səfərov, Ülvi Həsənli, Hafiz Babalı, Nazim Badəmirli, İqbal Əbilov, Emin İbrahimov və İlkin Əmrahov”, – dialomat bildirib. O, əlavə edib ki, hazırda iqtisadçı ekspert Qubad İbadoğlunun müalicə üçün ölkəni tərk edə bilməsi üçün cinayət işinə xitam verilməsi ilə bağlı rəsmi qurumlarla danışıqlar aparılır.

Diplomat həmçinin Azərbaycanda LGBT icması ilə bağlı vəziyyətin pisləşməsini, azlıqlara qarşı ayrı-seçkiliyi və gender zorakılığı faktların artmasını qeyd edib.

ABŞ səfiri Mark Libbi çıxışında təəssüflə qeyd edib ki, insan hüquqları və söz azadlığı uğrunda mübarizə aparanların bir çoxu bugünkü tədbirdə iştirak edə bilmir: Fərid Mehralızadə, Tofiq Yaqublu, Bəxtiyar Hacıyev, Afiyəddin Məmmədov, Akif Qurbanov, Ruslan İzzətli.

Səfir onları “öz vətənlərində insan hüquqları uğrunda mübarizə aparan gözəl insanlar” adlandırıb.

“Mən Azərbaycan hakimiyyətini haqsız yerə həbs edilənləri azad etməyə və insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıram”, – diplomat vurğulayıb.

Sonda dörd ölkənin səfirləri Azərbaycanda azadlıq uğrunda mübarizə aparan bütün ictimai fəalları və jurnalistləri təbrik edərək, onların qəhrəmanlıq fəaliyyətini xüsusi vurğulayıblar.

Mənbə: Turan İA

  •  (1)
  •  (0)