“Azərbaycan Beynəlxalq Bankı” ASC-də yeni departament direktoru təyin edilib.
Hokm.az Banker.az-a istinadən xəbər verir ki, bu Risklərin İdarəedilməsi departamentinin direktoru Fariz Rəhimovdur.
Rəhimov 2018-ci ilin may ayından, ABB-də direktoru müavini kimi çalışırdı. O artıq bu aydan öz yeni vəzifəsini icra edəcək.
Bundan əlavə Rəhimovun tərcümeyi-halında Azərbaycan Mərkəzi Bankında təqribən 5 illik iş təcrübəsi var.
Bildirək ki, o, Darem Biznes Məktəbində (Durham Business School) maliyyə üzrə magistr dərəcəsinə yiyələnib.