Əməkdar artist Gülbahar Şükürlü 1 il sonra efirə çıxıb.
Hokm.az xəbər verir ki, “7 canlı” verilişində qonaq olan qarmon ifaçısı beyin əməliyyatından sonra xeyli çəki alıb. Xərçəngdən əziyyət çəkən G.Şükürlü hazırda özünü yaxşı hiss etdiyini söyləyib.
“Beyin əməliyyatı keçirdim. Allah heç kimə dərd verməsin. Efirlərə baxırdım, deyirdim yenidən verilişə gedəcəm, qarmon ifa edəcəm” deyə, musiqiçi söyləyib./Axşam.az