Bərdənin səhiyyə müdirinə şok ittiham – Koronavirusun yayılmasına səbəb olur-VİDEObackend

Bərdənin səhiyyə müdirinə şok ittiham – Koronavirusun yayılmasına səbəb olur-VİDEO

“Bərdə rayonu səhiyyə şöbəsinin müdiri Nizami Mehdizadənin koronavirusun yayılmasında mühüm rolu var”. ANAXEBER.info xəbər verir ki, bu sözləri Bərdə rayon sakini Zahid Mikayılov deyib. O bildirib ki, Nizami Mehdizadə koronavirusa qarşı demək olar ki, mübarizə aparmır. “Bu gün Bərdənin heç bir aptekində tibbi maska və spirt yoxdur. Hansı aptekə girirsən deyirlər ki, maska və spirt yoxdur. Bəzi yerlərdə spirti litrlə satırlar. Bunu da almağa insanların imkanı yoxdur. Nizami Mehdizadə öz qanunsuz əməlləri ilə insanların başına oyun açır. İnsanların sağlamlığına cavabdeh olan bir qurumun rəhbəri bu barədə düşünmür.  Onun əməllərinə etiraz edənləri isə polislə hədələyir. Bərdədə koronavirusun yayılmasında onun mühüm rolu var. Aidiyyatı qurumlardan xahiş edirəm ki, Bərdə əhalisinin tibbi maska və spirtlə təmin olunması ilə bağlı tədbir görsünlər. Həmçinin gəlib Nizami Mehdizadənin əməllərini araşdırsınlar”, – deyə Bərdə sakini vurğulayıb. Nizami Mehdizadə Bərdə rayonunun səhiyyəsinə rəhbrəlik edəndən onunla bağlı narazılıq səngimir. Bir müddət əvvəl Bərdə rayonu ərazisində məskunlaşmış bir müharibə veteranı və şəhid ailələri  Birinci vitse-prezident Mehriban Əliyevaya və Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət ünvanlamışdı. Həmin müraciətdə də Nizami Mehdizadənin qanunsuz əməlləri barədə idi. Müraciətdə deyilirdi: “Bildirmək istəyirik biz bir qrup sahibkar Bərdə rayon Mərkəzi Xəstəxanasının giriş qapısının qarşısında uzun illərdir mağazalarda, aptek və çayxanalarda, gözəllik salonlarında işləyərək ailəmizi dolandırırdıq. Bir çoxumuz isə uzun illərdir məcburi köçkün kimi Bərdədə yaşayırıq. Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum Evi tərəfdən həmişə bir əsas və bir köməkçi giriş qapısı olub və avtobusların dayanacağı da buradadır. Xəstəxananın da layihəsində 2 qapısı vardır. Lakin  bir neçə aydır buraya baş həkim göndərilmiş Nizami Mehdizadə qohumunun və özünün şəxsi maraqları naminə hiyləyə əl atdı. Əvvəlcə onun adından bizlərdən əlavə aylıq istədilər. Biz bildirdik ki, Cənab Prezidentimiz İlham Əliyevin məmurlara, yerli icra orqanlarına həmişə tapşırığı olmuşdur ki, xalqı incitməyin, sahibkarlara imkan verin ailəsini dolandırsınlar, onlardan əlavə haqq almayın! Amma nə fayda, Bərdə rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş Baş həkim Nizami Mehdizadə nə qədər ailənin çörəyinə göz dikdi və 3 böyük aptekdə 25 nəfər, çayaxanalarda 15, gözəllik salonunda 8, ərzaq dükanlarında isə 18 nəfərin əmək haqqı alıb ailəsini dolandırmasını məhv etdi. Bir çoxumuz kirayəyə dükan götürüb işlədirik. Aylıq vergi, torpaq və digər rüsumları ödəyib çalışırıq ki, bu ödənişlərdən heç vaxt yayınmayaq. O cümlədən dükan, çayxana işlədən və taksi sürücülüyü edən nə qədər insana baş həkimin bir yersiz və əsassız hərəkəti ilə ağır zərbə dəymişdir. Belə ki, bizdən aylıq yığdıra bilməyən Baş həkim xəstəxananın biz tərəfdən olan və on illərdir mövcud olmuş qapısını bağlatdırdı və başqa tərəfində öz yaxın adamına bir-iki aptek açıb pul qazandırmaq üçün qapı açdırdı. O, bu qapını bağlayıb əhalinin gediş-gəlişi mümkünsüz olan, tıxac yaradan başqa tərəfindən qapı açdırması ilə bizlərə meydan oxudu. Qəsdən edilən bu hərəkət bizə-sahibkarlara qarşı təxribatdır. Təsəvvür edin ki, xəstəxananın əvvəlki, yəni bizim dükanlar olan tərəfdəki qapısı olan tərəf avtobus dayanacağıdır və bura xəstəxananın işçiləri üçün də işə gəlib-getmək üçün rahat idi. Baş həkim öz qohumunun qazancı üçün bu qədər insanları min bir əziyyətə və bizi də müflis olmağa düçar etmişdir. İndi avtobusdan düşən və xəstəxanaya getmək istəyənlər ən azı 1 kilometr məsafə qət etməlidir. Dəfələrlə ona müraciət etsək də, o, bizi adam yerinə qoymur. Hətta Bərdə rayonunun İcra başçısı, çox hörmətli Vidadi İsayevə də demişik ki, bu baş həkimə tapşırıq versin, yenə də nəticə yoxdur. Xahiş edirik, bu süni problemin həlli üçün aidiyyəti üzrə tapşırıq verəsiniz”.

Hokm.az

  •  (16)
  •  (2)