Benzinin qiymətinin artması ilə bağlı SOCAR-dan AÇIQLAMAbackend

Benzinin qiymətinin artması ilə bağlı SOCAR-dan AÇIQLAMA

Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib.

Hokm.az xəbər verir ki, Aİ-95 markalı benzinin qiyməti 1,40 manatAİ-98 markalı benzinin qiyməti isə 1,55 manat olub.

Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Qazet.az-a açıqlamasında bildirib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 və Aİ-98 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.

“Aİ-95 və Aİ-98 marakalı benzinin qiyməti bahalaşıb. Bu artım dünya bazarında qiymətlərin bahalaşması ilə bağlıdır. Bu benzin növləri Azərbaycana idxal olunur, ölkə daxilində istehsal edilmir. Bu səbəbdən qiymətləri dövlət tənzimləmir. Dünyada istehsalçı hansı qiymətə satırsa, Azərbaycanda da o qiymətə uyğun olaraq satılır. Dünya bazarlarında qiymət düşəndə bizdə də düşür, qalxanda isə bizdə də bahalaşır”, – deyə İ.Əhmədov qeyd edib.

SOCAR-ın sözçüsü bildirib ki, yaxın vaxtlarda Aİ-95 markalı benzinin Azərbaycanda istehsalı planlaşdırılır. Belə olduqda qiymət tənzimlənməsi ölkə daxilində həyata keçiriləcək. Aİ-92 markalı benzinin qiymətində dəyişikliyin olması isə hələ ki, gündəmdə deyil.

  •  (0)
  •  (0)