Bələdiyyəyə namizəd olmaq istəyənlərin sayı AÇIQLANDIbackend

Bələdiyyəyə namizəd olmaq istəyənlərin sayı AÇIQLANDI

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə artıq 3 minə yaxın şəxs namizədliyini irəli sürüb.

Hokm.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təqvim planına uyğun olaraq addımlar atılır:

“Təbii ki, biz heç vaxt təqvim planından kənara çıxmağa, yaxud da onun pozulmasına imkan verməyəcəyik. Bizim 685 bələdiyyəmiz var və ölkə üzrə 8071 bələdiyyə üzvü seçiləcək. Məndə olan məlumata görə, artıq 3 minə yaxın namizəd var. Artıq onların qeydiyyat mərhələsi başlayıb”.

  •  (0)
  •  (0)