Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü seçkilərdə iştirak edir
Hokm.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənəhov deyib.
Onun sözlərinə görə, siyasi partiyalar ilə aparılan sıx əməkdaşlıq, qurulan əlaqələr 2020-ci ildəki qələbədən sonra müxtəlif partiyalar ilə hakimiyyət dairəsi arasında olan münasibətlərdə özünü göstərib.
“Ötən bələdiyyə seçkilərinə siyasi partiyalar oqədər də ciddi yanaşmırdılar. Amma bu seçkilərdə 23 siyasi partiya iştirak edir”,-o deyib.
Nəzərə çatdırıb ki, 70 mindən artıq müşahidəçi qeydə alınıb və 1000 məntəqədə veb-kameralar fəaliyyət göstərəcək.