Mərkəzi Seçki Komissiyasında yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.
Hokm.az xəbər verir ki, müraciətləri MSK-nın və Ekspert qrupunun üzvləri Ramiz İbrahimov, Fuad Cavadov, Qabil Orucov, Tofiq Həsənov, İlkin Şahbazov və Nailə Əsgərovanın təqdim ediblər.
Qeyd edilib ki, müraciətlər 72 saylı Cəlilabad kənd, 113 saylı Qax-Şəki, 69 saylı Biləsuvar, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 83 saylı Beyləqan, 74 saylı Masallı (2 müraciət), 95 saylı Zərdab-Kürdəmir-Ucar (2 müraciət), 80 saylı Lerik-Astara seçki dairələri üzrədir.
Müzakirələrin yekununda bəzi müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi qərara alınıb, bəziləri isə əsassız hesab edilib.
Xatırladaq ki, yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.