ABŞ prezidenti vəzifəsini tərk edən Co Bayden həyat yoldaşı Jill ilə Ağ Evdən vida selfisini paylaşıb.
“Hokm.az” xəbər verir ki, o, fotonu “X” hesabında yerləşdirib.
“Biz səni sevirik, Amerika”, – siyasətçi qeyd edib.
Xatırladaq ki, Bayden 2021-ci ildən prezident vəzifəsini tuturdu. Bu gün isə ABŞ-nin 47-ci prezidenti Donald Tramp and içərək vəzifəsinin icrasına başlayıb.
