ABŞ Prezidenti Co Bayden yanvarın 15-də xalqa vida müraciəti ilə çıxış edəcək.
“Hokm.az” xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat dərc edilib.
“Çərşənbə günü, yanvarın 15-də, saat 20:00-da prezident Oval kabinetdən xalqa vida müraciəti ilə çıxış edəcək”, – məlumatda deyilir.
Qeyd edək ki, 82 yaşlı Co Bayden ABŞ-nin 46-cı prezidentidir və 20 yanvar 2021-ci ildən bu vəzifəni icra edir.
Xatırladaq ki, Tramp ötən ilin noyabrın 5-də keçirilən prezident seçkilərinin qalibi olub. Yanvarın 20-də Respublikaçının andiçmə mərasimi baş tutacaq.