ABŞ prezidenti Bayden bazar ertəsi müttəfiqlərini Ukrayna və onun ətrafında baş verən hadisələrlə bağlı yeni video konfrans keçirməyə dəvət edib.
Dünya agentliklərinin Ağ Evə istinadən yaydığı məlumata görə, görüşdə Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Ukraynanın qonşuları – Polşa və Rumıniya liderləri, həmçinin Avropa İttifaqı və NATO rəhbərliyi iştirak edəcək.