Baş nazirdən ali təhsillə bağlı vacib QƏRARbackend

Baş nazirdən ali təhsillə bağlı vacib QƏRAR

Ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib.

Hokm.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”, eyni zamanda “Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilib.Sözügedən təsnifatlarla buradan tanış olmaq mümkündür.

 

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların TƏSNİFATI

 

Sıra

№-si

İxtisasların şifri İxtisasların adı
1. Təhsil ixtisasları qrupu
1.1. 6001001 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
1.2. 6001002 Biologiya müəllimliyi
1.3. 6001003 Coğrafiya müəllimliyi
1.4. 6001004 Dil və ədəbiyyat müəllimliyi1
1.5. 6001005 Fizika müəllimliyi
1.6. 6001006 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
1.7. 6001007 Xarici dil müəllimliyi1
1.8. 6001008 Xüsusi pedaqogika
1.9. 6001009 İbtidai sinif müəllimliyi
1.10. 6001010 İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi
1.11. 6001011 Kimya müəllimliyi
1.12. 6001012 Kimya və biologiya müəllimliyi
1.13. 6001013 Məktəbəqədər təhsil
1.14. 6001014 Musiqi müəllimliyi
1.15. 6001015 Riyaziyyat müəllimliyi
1.16. 6001016 Riyaziyyat və fizika müəllimliyi
1.17. 6001017 Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi
1.18. 6001018 Tarix müəllimliyi
1.19. 6001019 Tarix və coğrafiya müəllimliyi
1.20. 6001020 Texnologiya müəllimliyi
1.21. 6001021 Təhsildə sosial-psixoloji xidmət
1.22. 6001022 Təsviri incəsənət müəllimliyi
2. Humanitar və sosial ixtisaslar qrupu
2.1. 6002001 Beynəlxalq münasibətlər
2.2. 6002002 Davamlı inkişaf
2.3. 6002003 Dinşünaslıq
2.4. 6002004 Dövlət və ictimai münasibətlər
2.5. 6002005 Fəlsəfə
2.6. 6002006 Filologiya2
2.7. 6002007 Hüquqşünaslıq
2.8. 6002008 İslamşünaslıq
2.9. 6002009 Jurnalistika
2.10. 6002010 Kitabxanaçılıq və informasiya fəaliyyəti
2.11. 6002011 Kommunikasiya və rəqəmsal media
2.12. 6002012 Politologiya
2.13. 6002013 Psixologiya
2.14. 6002014 Regionşünaslıq3
2.15. 6002015 Sosiologiya
2.16. 6002016 Tarix
2.17. 6002017 Tərcümə1
3. Mədəniyyət ixtisasları qrupu
3.1. 6003001 Aktyor sənəti4
3.2. 6003002 Bəstəkarlıq
3.3. 6003003 Dekorativ-tətbiqi sənət4
3.4. 6003004 Dirijorluq4
3.5. 6003005 Dizayn4
3.6. 6003006 Ədəbi yaradıcılıq və ekran dramaturgiyası
3.7. 6003007 Heykəltəraşlıq
3.8. 6003008 Xoreoqrafiya sənəti4
3.9. 6003009 İnstrumental ifaçılıq4
3.10. 6003010 Qrafika
3.11. 6003011 Musiqişünaslıq
3.12. 6003012 Muzey, arxiv işi və abidələrin qorunması
3.13. 6003013 Operator sənəti
3.14. 6003014 Populyar musiqi və caz ifaçılığı4
3.15. 6003015 Rejissorluq4
3.16. 6003016 Rəngkarlıq
3.17. 6003017 Sənətşünaslıq4
3.18. 6003018 Vokal sənəti4
4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu
4.1. 6004001 Beynəlxalq ticarət və logistika
4.2. 6004002 Biznesin idarə edilməsi
4.3. 6004003 Dövlət və bələdiyyə idarəetməsi
4.4. 6004004 İqtisadiyyat
4.5. 6004005 Maliyyə
4.6. 6004006 Marketinq
4.7. 6004007 Menecment
4.8. 6004008 Mühasibat
5. Təbiət ixtisasları qrupu
5.1. 6005001 Biologiya
5.2. 6005002 Biotexnologiya
5.3. 6005003 Coğrafiya
5.4. 6005004 Ekologiya
5.5. 6005005 Fizika
5.6. 6005006 Geologiya
5.7. 6005007 Hidrometeorologiya
5.8. 6005008 Kimya
5.9. 6005009 Kompüter elmləri
5.10. 6005010 Mexanika
5.11. 6005011 Riyaziyyat
5.12. 6005012 Statistika
5.13. 6005013 Su bioehtiyatları və akvakultura
6. Texniki və texnoloji ixtisaslar qrupu
6.1. 6006001 Aerokosmik mühəndislik
6.2. 6006002 Aqromühəndislik
6.3. 6006003 Aviasiya təhlükəsizliyi mühəndisliyi
6.4. 6006004 Cihaz mühəndisliyi
6.5. 6006005 Data analitikası
6.6. 6006006 Dəniz naviqasiyası mühəndisliyi
6.7. 6006007 Ekologiya mühəndisliyi
6.8. 6006008 Elektrik və elektronika mühəndisliyi
6.9. 6006009 Energetika mühəndisliyi
6.10. 6006010 Geologiya və geofizika mühəndisliyi
6.11. 6006011 Geomatika və geodeziya mühəndisliyi
6.12. 6006012 Gəmi energetik qurğularının istismarı mühəndisliyi
6.13. 6006013 Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
6.14. 6006014 Hava nəqliyyatının hərəkətinin təşkili
6.15. 6006015 Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
6.16. 6006016 İnformasiya texnologiyaları
6.17. 6006017 İnformasiya təhlükəsizliyi
6.18. 6006018 İnşaat mühəndisliyi
6.19. 6006019 Kənd təsərrüfatı texnologiyaları
6.20. 6006020 Kimya mühəndisliyi
6.21. 6006021 Kommunikasiya sistemləri mühəndisliyi
6.22. 6006022 Kompüter mühəndisliyi
6.23. 6006023 Qida mühəndisliyi
6.24. 6006024 Qida texnologiyaları
6.25. 6006025 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
6.26. 6006026 Maşın mühəndisliyi
6.27. 6006027 Materiallar mühəndisliyi
6.28. 6006028 Mexanika mühəndisliyi
6.29. 6006029 Mexatronika və robototexnika mühəndisliyi
6.30. 6006030 Meliorasiya mühəndisliyi
6.31. 6006031 Memarlıq
6.32. 6006032 Metallurgiya mühəndisliyi
6.33. 6006033 Mədən mühəndisliyi
6.34. 6006034 Mühəndislik fizikası
6.35. 6006035 Neft-qaz mühəndisliyi
6.36. 6006036 Nəqliyyat mühəndisliyi
6.37. 6006037 Nəqliyyat tikintisi mühəndisliyi
6.38. 6006038 Proqram təminatı mühəndisliyi
6.39. 6006039 Proseslərin avtomatlaşdırılması mühəndisliyi
6.40. 6006040 Radiotexnika və telekommunikasiya mühəndisliyi
6.41. 6006041 Sənaye mühəndisliyi
6.42. 6006042 Şəhərsalma
6.43. 6006043 Şərabçılıq
6.44. 6006044 Uçuş mühəndisliyi
6.45. 6006045 Yanğın təhlükəsizliyi mühəndisliyi
7. Kənd təsərrüfatı ixtisasları qrupu
7.1. 6007001 Aqronomluq
7.2. 6007002 Bağçılıq və tərəvəzçilik
7.3. 6007003 Balıqçılıq
7.4. 6007004 Baytarlıq təbabəti
7.5. 6007005 Bitki mühafizəsi
7.6. 6007006 Heyvandarlıq
7.7. 6007007 Meşəçilik
7.8. 6007008 Torpaqşünaslıq və aqrokimya
7.9. 6007009 Yerquruluşu və daşınmaz əmlakın kadastrı
7.10. 6007010 Zoomühəndislik
8. İdman və xidmət ixtisasları qrupu
8.1. 6008001 Adaptiv bədən tərbiyəsi
8.2. 6008002 İdman menecmenti və kommunikasiya
8.3. 6008003 Kütləvi-sağlamlaşdırıcı idman
8.4. 6008004 Məşqçilik
8.5. 6008005 Nəqliyyatda servis5
8.6. 6008006 Sosial iş
8.7. 6008007 Turizm bələdçiliyi
8.8. 6008008 Turizm işinin təşkili
8.9. 6008009 Ümumi fiziki hazırlıq
9. Səhiyyə ixtisasları qrupu
9.1. 6009001 Əczaçılıq
9.2. 6009002 Fizioterapiya
9.3. 6009003 İctimai səhiyyə
9.4. 6009004 Qidalanma və diyetologiya
9.5. 6009005 Tibb bacısı (qardaşı) işi
10. Xüsusi təyinatlı ixtisaslar qrupu
10.1. 6010001 Dövlət təhlükəsizliyi və idarəetmə
10.2. 6010002 Xüsusi rabitə vasitələri mühəndisliyi
10.3. 6010003 İctimai təhlükəsizlik və idarəetmə
10.4. 6010004 Sərhəd təhlükəsizliyi və idarəetmə
10.5. 6010005 Silah sistemləri mühəndisliyi
10.6. 6010006 Sistemlər mühəndisliyi

 

1 Bu ixtisas üzrə kadr hazırlığı ayrı-ayrı dillər üzrə aparılır.

2 Bu ixtisas üzrə kadr hazırlığı ayrı-ayrı dil və ədəbiyyat üzrə aparılır.

3 Bu ixtisas üzrə kadr hazırlığı ayrı-ayrı regionlar və ya ölkələr üzrə aparılır.

4 Bu ixtisas üzrə kadr hazırlığı ayrı-ayrı sahələr üzrə aparılır.

5 Bu ixtisas üzrə kadr hazırlığı ayrı-ayrı nəqliyyat növləri üzrə aparılır.

  •  (0)
  •  (0)