Ölkədə artırılan əmək haqları yetərli deyil. Bir çox sahələr, həmçinin millət vəkillərinin əmək haqqına görə region ölkələrindən geri qalırıq. Hətta bəzən bu bir neçə dəfə az olur.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili spiker, millət vəkilləri, baş nazirin maaşının artırılmasını təklif edib:
“Prezident administrasiyasının şöbə müdirinin əmək haqqı millət vəkilinin maaşından yüksəkdir. Prezidentin əmək haqqı Seçki Məcəlləsi ilə 15 min manat müəyyən edilib. Hesab edirəm ki, baş nazir, spiker 10 min, deputatlar 8 min manat maaşa almalıdır. Orta əmək haqqının az olduğu dövrdə bu artımın narazılığa səbəb ola biləcəyi düşünülə bilər. Mən şəxsən belə düşünmürəm. Fikrimcə, bu barədə insanlar doğru məlumatlandırılmalıdır. Əsaslandırılmış izah aparılsa, heç bir qıcıq doğurmayacaq”.
Spiker Oqtay Əsədov da bildirib ki, əmək haqları arasında böyük fərqlərin olmasının əleyhinədir.
Hokm.az