“Ölkə başçısının həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasi kursa uyğun olaraq qarşımızda duran vəzifələri şərəflə yerinə yetirmək üçün hökumət üzvləri əlindən gələni edəcək”.
Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Bu gün xalqımız üçün müqəddəs olan ilaxır çərşənbəsidir. Bu münasibətlə hər birinizi təbrik edirəm”, – Baş nazir bildirib.