Xəbər verdiyimiz kimi, B.Əşrəfov bir neçə dəqiqə əvvəl Masallıda dəfn edilib.
Hokm.az xəbər verir ki, Əməkdar artist Yusif Mustafayev axşam.az-a açıqlamasında bildirib ki, bu, müğənninin öz vəsiyyəti olub:
“Vəsiyyət etmişdi ki, ata-anamın yanında dəfn olunum. Ona görə də polislərin müşayiəti ilə Bədəlan kəndinə gətirildi və burada dəfn olundu”.
Qeyd edək ki, B.Əşrəfov koronavirus infeksiyasından dünyasını dəyişib.