Baloğlan Əşrəfovdan ÜZÜCÜ XƏBƏR: “13 gündür beləyəm”backend

Baloğlan Əşrəfovdan ÜZÜCÜ XƏBƏR: “13 gündür beləyəm”

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.

Hokm.az Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı müğənni hazırda özünü yaxşı hiss etmədiyini bildirib:

“13 gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram. Çox danışa bilmirəm”.

Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra ona Türkiyədə müğənniyə qaraciyər köçürülmüşdü.

  •  (0)
  •  (0)