“Hadisənin necə baş verdiyini özümüz də bilmirik. Hər şey qaydasında idi, hansısa avtomobil təyyarəyə dəydi. Güclü zərbə hiss etdik”.
Hokm.az apasport-a istinadla xəbər verir ki, “Kayrat”ın futbolçusu Rade Duqaliç Bakıdan qayıdarkən Almatı Hava Limanında təyyarələrinin avtomobillə toqquşmasına münasibət bildirərkən deyib.
Serbiyalı müdafiəçi baş verən qəza zamanı şok yaşadıqlarını söyləyib: “Hadisə anında hamımız şokda idik. Səhər saatları idi, futbolçuların çoxu yatmışdı. Amma zərbə zamanı hamı dərhal ayıldı. Qorxudan çox təəccüb içində idik. Axı uçuş zolağında maşınla necə toqquşmaq olar? Əsas odur ki, hər şey yaxşıdır, hamı sağlamdır”.
Qeyd edək ki, dünən Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”la qarşılaşan “Kayrat” 1:2 hesabı ilə məğlub olub.