Bakıda yataqxanada baş verən yanğın söndürüldü – Yenilənibbackend

Bakıda yataqxanada baş verən yanğın söndürüldü – Yenilənib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Sabunçu qəsəbəsində yataqxana binasında yanğın olması barədə məlumat daxil olub. 

Hokm.az xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Sabunçu rayonunda yataqxana binasında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN-dən məlumat verilib.

Hokm.az

  •  (0)
  •  (0)