Bakıda sürüşmə oldubackend

Bakıda sürüşmə oldu

Xətai rayonu ərazisində sürüşmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) “Hokm.az”a verilən məlumata görə, hadisə ilə bağlı Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir.

Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

O qeyd edib ki, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.

  •  (0)
  •  (0)