Hər iki tərəf DNT analizinə razı olub
Ötən gün Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində maraqlı anlar yaşanıb.
AzNews.az xəbər verir ki, verilişə müraciət edən qadın qayınanasının ona böhtan atdığını söyləyib. Bildirib ki, bir qız anasıdır, lakin həyat yoldaşının ailəsi uşağın başqa kişidən olduğunu iddia edir. Elmina adlı qadın deyib ki, guya o, qayınanasından xəbərsiz süni mayalandırma edib.
“Ailə həyatı qurduğum bir il idi yoldaşımda sonsuzluq olduğunu öyrəndim. Heç vaxt ana olmayacağımı biləndə hər ikimiz ağladıq. Bir müddətdən sonra qayınanam məni klinikalardan birində həkimə gətirdi. Mənə iynə vurdular. Bir müddət sonra özümə gəldim. Bir ay sonra isə həkimə yenidən gələndə mənə dedilər ki, 3 aylıq hamiləyəm. İnana bilmədim. Uşaq dünyaya gələndə məndən uşağımı qayınanamın adına keçirməyimi istədilər. Mən isə razı olmadım. İndi yoldaşımdan ayrılmışam və aliment istəyirəm. Qayınanamgil iddia edir ki, uşaq yoldaşımdan deyil”.
Efirə gələn qadının qayınanası isə onun başqa kişilərlə görüşdüyünü iddia edib. Hər iki tərəf DNT analizinə razı olub.
Hokm.az