Bakıda sərxoş sürücü zəncirvari qəza törətdi – FOTObackend

Bakıda sərxoş sürücü zəncirvari qəza törətdi – FOTO

Axşam saat 21:20 radələrində Bakının Sabunçu rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Yeni Ramana qəsəbəsi ilə Şuşa şəhərciyi istiqamətində hərəkətdə olan “20-DE-409” dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxması nəticəsində 5 maşın toqquşub.

Nəticədə bir nəfər xəsarət alıb, həmçinin avtomobillər yararsız hala düşüb. Hadisəni törədən sürücünün sərxoş olduğu bildirilir.

Əraziyə DYP və PPX əməkdaşları cəlb olunub. (report)

image description

image description

Hokm.az

  •  (0)
  •  (0)