Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində baş verən partlayış zamanı müğənni Nicat Məhərrəmov da gecə klubunda olub.
Hokm.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, baş verən partlayış onun üçün kabus olub: “İnsanların çarəsizliyi, o partlayışın səsi ümumilikdə yaşanan bu faciə heç bir zaman gözümdən və ağlımdan getməyəcək”.
Nicat Məhərrəmov “Instagram” hesabında gecə klubunun icarədarı Rəsul Rəsulovla olan şəklini paylaşıb.
qaynarinfo.az