Bakıda partlayan restoranın sahibi kimdir? – Klubun “DJ”indən İDDİA: “Hadisə qəsdən törədilib”backend

Bakıda partlayan restoranın sahibi kimdir? – Klubun “DJ”indən İDDİA: “Hadisə qəsdən törədilib”

Bakının mərkəzində, gecə saatlarında partlayan “Gourmet” Restoranın kimə məxsus olması ilə bağlı bir neçə iddia səsləndirilib.

Musavat.com əldə etdiyi məlumatlarda restoran sahibinin Elşən Səfərsoy olduğu bildirilib.

Bununla yanaşı, Bakıda fəaliyyət göstərən “Theplacebaku”da həmin şəxsə aid olduğu qeyd edilir. İlkin məlumatlarda partlayan restoranın sahibi bloqqer kimi fəaliyyət göstərən Rəsul Rəsulov göstərilirdi. Lakin bloggerin həmin restoranda PR menecer kimi fəaliyyət göstərdiyi məlum olub.

Bakıda partlayan restoranın sahibi kimdir? - Klubun "DJ"indən ŞOK İDDİA: “Hadisə qəsdən törədilib”

Həmçinin, gecə klubunda “DJ”lik edən Rəşid (DJ Reed Russell) Musavat.com-a açıqlamasında iddia edib ki, hadisə qəsdən törədilib: “Məkanda hər şey qaydasında olub və avadanlıqların heç birində nasazlıq olmayıb. Düşünürəm ki, gecə klubu qəsdən partladılıb”.

Qeyd edək ki, “Gourmet” Restoranı 10 gün olar ki, fəaliyyətinə başlamışdı.

Xatırladaq ki, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif bədən xəsarətləri alıb.

  •  (0)
  •  (0)